Rusiyanın dövlət borcu 250 mlrd. dolları keçib

2020-ci ilin yekunlarına əsasən, Rusiyanın dövlət borcu 5,418 trln. rubl (təxminən 73 mlrd. ABŞ dolları) və ya 39,9% artaraq 18,986 trln. rubla (256,8 mlrd. dollar) çatıb ki, bu da ÜDM-in 17,8%-ni təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Hesablama Palatasının açıqlamasında deyilir.
Məlumata görə, ölkənin daxili borcu 4,619 trln. rubl (63 mlrd. dollar) və ya 45% artaraq 14,791 trln. rubla (200 mlrd. dollar) çatıb. Rusiyanın xarici dövlət borcu isə 1,9 mlrd. dollar və ya 3,5% artaraq 56,8 mlrd. dollara bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə ölkənin dövlət borcu 976 mlrd. rubl (13,26 mlrd. dollar) və ya 7,8% artaraq  13,567 trln. rubl (180 mlrd. dollar) təşkil edib.