Banklar ipoteka kreditlərinin həcmini artırıb

2021-ci ilin yanvar ayı ərzində banklar tərəfindən 16,9 milyon manat ipoteka krediti verilib.
Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə (6,1 milyon manat) banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 2,8 dəfə artıb.

Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 19,9 milyon manat olub. Əvvəlki ilin göstəricilərinə (6,2 milyon manat) nisbətən yenidən maliyyələşdirilən kreditlərin həcmi 3,2 dəfə artıb.

Əlavə edək ki, yanvar ayı ərzində müvəkkil kredit təşkilatları (MKT) tərəfindən verilən məbləğ 53 min manatı təşkil edib.

İlin əvvəlində faiz dərəcəsi 6,36-dan 6,34-ə enib. Aylıq ödənişlərin həcmi isə ilin sonunda olduğu kimi 370,2 manat həcmində müəyyənləşib.