Ermənistanda əsgərlər hərbi xidmətdən boyun qaçırırlar


Ermənistanda əsgərlər hərbi xidmətdən yayınmağa çalışır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ölkədə hərbi hissələrdən birində əsgərlər məzuniyyətdən qayıtmamağa cəhd ediblər. 

Qeyd olunub ki, ötən bir qrup əsgər və onların qohumları hərbçilərin daimi dislokasiya məntəqələrinə qayıtmasının qarşısını almağa çalışıb, nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, vəziyyətdən istifadə edən bir neçə əsgər hərbi hissəni icazəsiz tərk edib.

Faktla bağlı istintaq aparılır, hərbi polis əsgərləri axtarır.