Montero zədələnib 

“Beşiktaş”ın oyunçusu Francisko Montero Ziraat Türkiyə kubokunda Konyaspor oyununda zədə alıb. Dizi ilə bağlı problem yaşayan F.Montero oyundan çıxmalı olub. Son durumu ilə maraq doğuran Monterodan ağ-qaralılara pis xəbər gəlib.

“Sherg.az”ın məlumatına görə futbolçunun zədəsi ciddidir. Oyunçunun “rapor”larını “Atletico”nun həkiminə göndərdiyi və istirahət üçün təlimat aldığı bildirilib. Tam sağalmadan oyuna qayıtmayacağı söylənilir.