Şahzadə Filipin ölüm xəbərini yayan müxbirlər qara geyinəcəklər

Britaniya kral ailəsi bir həftədir çətin günlərdən keçir. Kraliça 2. Elizabetin həyat yoldaşı Şahzadə Filip ölüm yatağındadır.
“Sherg.az”  xarici mətbuata istinadən xəbər verir ki, artıq  Şahzadə Filipin ölümündən sonra görüləcək işlər planlaşdırılıb. Ötən həftə “Buckingham Sarayı”nın həkimləri tərəfindən xəstəxanaya göndərilərn 99 yaşlı Şahzadə Filip üçün ailəsi narahatdır. Kral “Edward”  VII Xəstəxanasında müalicə olunan Hersoqu ziyarət edən böyük övladı Şahzadə “Charles”in çıxışındakı üzgün halı da tədirginlikləri artırıb. Şahzadə “Charles”in kədərli baxışları Şahzadə Filipin durumunun çox da yaxşı olmadığını düşündürüb.  

Əlbbəttə, bu hal istənilən deyil, amma Edinburq Hersoqu ünvanını daşıyan Şahzadə Filip öldüyü təqdirdə gediləcək yol xəritəsi müəyyənləşdirilib.

“ Fort Bridge” adı verilən əməliyyat planına görə Şahzadə Filipin ölümündən sonrakı işlər təyin olunub. Şahzadə Filip dünyasını dəyişərsə, xəbər “Bukhinqam” sarayı tərəfindən ilk rəsmi yayım quruluşu BBC-ə veriləcək. Ölüm gecə yarısından sonra reallaşsa, xəbərin yayılması üçün sonrakı günün səhər 08.00-u gözləniləcək.Əks halda Şahzadə Filip vəfat etdikdən qısa müddət sonra duyurulacaq. Ailənin adət-ənənələrinə görə ölüm yatağında olan üzvlərlə əlaqəli xəbər yayılmır. Ancaq bu qayda Kraliça Viktoriya və Kral 5-ci Jeorjenin ölümü zamanı pozulub.

Şahzadə Filip ölsə, xəbəri yayan aparıcının və olay yerindəki müxbirlərin qara geyinməsi məcburidir.  Radioda isə yas yayımına keçilməlidir. Şahzadə Filipdən sonra ölkədə ümumi matəm elan olunacaq.

Qeyd edək ki, Kraliça Elizabet və Şahzadə Filip 73 ildir ki, evlidirlər.