DYP: Bakının bəzi yollarında buzlaşma var

Bakıda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib.

Bunu APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

V. Əsədov bildirib ki, bununla belə, bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var: "Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər".