Ağdamda qardaş qardaşı bıçaqlayıb - FOTO


Ağdamda qardaş qardaşı bıçaqlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, yaralı Ağdam rayon Çəmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, zərərçəkmiş qardaşı Həsənov İlham Balış oğlu tərəfindən bıçaqlanıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.