Bərdədə tələbələrdən rüşvət alan direktor həbs edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bərdədə əməliyyat keçirib.

APA-nın əldə etdiyi məlumata görə, Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun qanunsuz əməlləri ilə bağlı Baş İdarəyə məlumat daxil olub.

Daxil olan məlumat əsasında Baş İdarə tərəfindən Bərdə Peşə Liseyində əməliyyat keçirilib.

Şəmil Şükürovun liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində xeyli miqdarda pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib. 

Ş.Şükürov tutularaq istintaqa cəlb olunub. 

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.