Fil keşikçini öldürdü

Zooparkda dəhşətli hadisə yaşanıb 

İspaniyanın Santander şəhəri yaxınlığında yerləşən Cabarceno adlanan təbiət parkında qorxunc hadisə səbəbilə fil keşikçisi dünyasını dəyişib. 
Zooparkdakı fillərdən biri öz keşikçisini xortumuyla öldürüb. Balasıyla birlikdə olan fil xortumunu səhvən keşikçiyə vurandan sonra onun başı dəmir barmaqlıqlara dəyib. 
Filin keşikçisi Joaquin Gutierrez Arnaiz aldığı zərbədən sonra xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilən J.G.Arnaiz 3 saat sonra həyatını itirib.

Aytac