Mayanı əvəz edə biləcək məhsullar...

Xanımlarımız xəmir hazırlayarkən ən çox mayadan istifadə edirlər. Bəzən isə evdə maya qurtamış ola bilir. Bu zaman nə etməli?
“Sherg.az” sizə mayanı əvəz edə biləcək məhsulları tədim edir.
Birincisi, soda və limon suyunu misal göstərmək olar. Normal qabarmış çorəklər bişməsə də, ləzzətli olacaqdır.1 yemək qaşığı mayanın yerinə 1 çay qaşığı soda və eynilə limon suyunu qarışdırıb, xəmirə əlavə edin.
İkincisi, qabartma tozu və mineral sudur. 1 çay qaşığı qabartma tozunun üstünə bir az mineral su və ilıq süd əlavə edərək çörəyinizi bişirə bilərsiniz.