9 aylığında camenin qapısına atıldı: Harvard Universitetinin məzunu olaraq qayıtdı

9 aylığında bir camenin qapısına atıdlı. 37 il sonra dogma Vətəninə  Harvard Universitetinin məzunu olaraq qayıtdı.  

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Ədirnə şəhər bələdiyyə başqanı Rəcəb Gürkan tvitterdə bir körpənin uğur hekayəsini paylaşıb. 37 yaşlı Ömər Duman Ədirnə bələdiyyəsini ziyarət edib. Bu, 9 aylıq körpə ikən Ədirnədə Səlimiyə camesinin önünə atılmış Ömər Dumandır.

Ömər Duman ağır həyat yolundan danışıb. Onun həyat hekayəsi belədir: 9 aylıq körpə Səlimiyə camesinin önündə tapıldıqdan sonra  Rizədə uşaq evinə (yetişdirmə yurdu)  təhvil verilib. Uşaqlığı yetişdirmə yurdunda keçib. Bütün çətinliklərə baxmayaraq Ömər həyatda uğur  qazana bilib. Əvvəlcə Türkiyədə universitetə qəbul olunub. Sonra isə Harvard Universitetində təhsilini davam etdirib, “master-klass” səviyyəsi qazanıb. Ömər Duman hazırda Kanadada yaşayır.  Ailəlidir, 4 övladı var. Ən böyük həsrəti Ədirnəni idi. Ona da qovuşdu. Ədirnə bələdiyyə başkanı Ömər Dumanı hər zaman dogma şəhərində qarşılamaqdan məmnun olduğunu deyib və “qapımız da, könlümüz də sənə açıqdır” söyləyib. Ömər Duman Ədirnə blədiyyəsindəki görüşdən fotonu social hesabında paylaşıb.