Ermənistanda çevriliş cəhdinə Türkiyədən REAKSİYA


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanda çevriliş cəhdi ilə bağlı açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, Macarıstanda səfərdə olan türkiyəli nazir çevriliş cəhdini qınadıqlarını deyib:

“Qətiyyətlə çevriliş cəhdinə qarşıyıq, Ermənistandakı cəhdi də qınayırıq. Əsgərlərin demokratiya ilə seçilmiş bir hökuməti istefaya çağırması qəbuledilməzdir. Bu çağırışı şiddətlə qınayırıq”.

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bunu hərbi çevrilişə cəhd kimi qiymətləndirib.