İki qurumun “qar topu oyunu”: Cəfasını vətəndaşlar çəkirlər

“Məsələnin kökündən həlli naminə müasir texnologiyalardan istifadə şərtdir”

“Deməli, qartəmizləyən maşın qarı təmizləyib səkiyə tökür, kommunal işçilər də gəlib səkidəki qarı kürüyüb yola atır. Beləcə, əl-ələ verib işləyirlər”. 
Bu sözləri nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı özünün “Facebook” səhifəsində yazıb. Doğrudan da, deyildiyi kimidir. İki qurum sanki qar topu oynayırlar.

Bu ona atır, o da buna. Həmin səlahiyyətli şəxslərin “qar macəraları”ndan, ya da konkret desək, laqeydliklərindən əziyyət çəkən isə vətəndaşlar olurlar.



Amma, necə deyərlər, hər dərdin dərmanı var. E.Muradlı ideal həll yolunu “Sherg.az”a açıqladı: 

“Dünya ölkələrində bu məsələ ilə bağlı müxtəlif təcrübələr var. Ən yaxşısı qarı bir yerdən götürüb çox uzaq- insanlara mane olayan bir yerə tökməkdir. Lakin səkidən yola, yoldan səkiyə daşımaq isə yaxşı fikir deyil.

Bu, sadəcə baş qatmaqdır. Çünki belə olan halda başqa çətinliklər yaranır- vətəndaşlar, sürücülər yenə də narahat olurlar.

Ona görə də məsələnin kökündən həlli naminə müasir texnologiyalardan istifadə şərtdir”.