Rusiya XİN-dən Ermənistandakı proseslərə MÜNASİBƏT

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş verənləri “ölkənin daxili işi” hesab edir. "Sherg.Az" xəbər verir ki, bu barədə Rusiya XİN-in  “RİA Novosti” Agentliyinə  açıqlamasında bilidirilir.

Rusiya XİN-də Ermənistanda baş verənlərə bundan əlavə rəy bildirməkdən imtina edilib.  Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı hazırkı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

İstefaya çağırış bəyanatını imzalamış Baş Qərargah rəisi Onik Qasparyan isə Paşinyan tərəfindən istefaya göndərilib. İstefa tələbi Paşinyanın dövlət və milli maraqlara xəyanətindən qaynaqlanır.

Paşinyan isə “mən xalqımın qarşısında təmizəm” deyir.