Paşinyan: “Məni güllələyin” 


İrəvanın “Respublika” meydanındakı  mitinqdə  çıxış edən baş nazir Nikol Paşinyan  rəqiblərini həbslərlə hədələyib: “Əgər onlar siyasi bəyanatlar həddini aşarlarsa, həbs olunacaqlar”.
"Sherg.az" xəbər verir ki, bu barədə Kanal-Telegram “Sputnik. Yaxın xaric”ə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, mitinqdə çıxış edən baş nazir “məxməri inqilablar” dövrünün başa çatdığına işarə edib, lakin növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifinin qüvvədə qaldığını deyib. 

Paşinyan müxalifətlə məsləhətləşmələr aparmağı təklif edib. Baş nazir populist bəyanatlardan da yan keçməyib: “İstefa tələbi xalqa məxsusdur. Qoy xalq mənim istefamı tələb etsin, qoy məni meydanda güllələsinlər”. 

Əvvəlcə verilən məlumatarda bildirilirdi ki, Paşinyan tərəfdarlarının qarşısına çıxıb. Ölkədəki vəziyətin nəzarət altında olduğunu deyib və qarşıdurmadan qaçmaq üçün hamını sakitliyə dəvət edib. O, hərbçilərinin “istefa” çağırışlarını emosional reaksiya adlandırıb və o onları ölkənin sərhədlərini və ərazi bütövlüyünü qorumağa çağırıb. 

Qeyd edilir ki, Paşinyana qarşı olanlar  “Vətənin müdafiəsi naminə” siyasi hərəkatını yaradıblar, hərəkatda 17 siyasi partiya cəmləşib. Paşinyansa baş verənləri dövlət çevrilişinə cəhd adlandırır. Və xalqı qarşısında təmiz olduğunu iddia edir.