Yazıçı: “Tolikə yaxşı oğlan deyən məni də təhqir etməliydi”

Bir müddət əvvəl idmançı Kamil Zeynallı yazıçı Kəramət Böyükçölü təhqir edib. Buna yazarın  Feysbukda K.Zeynallı ilə bağlı yazdığı status səbəb olub.Belə ki,  K.Böyükçölün idmançı haqqında qələmə aldığı “Kamil Zeynallı yeganə adamdır ki, yaltaqlandıqca sutkalığın artırırlar” fikrinə qarşı tərəf sərt reaksiya verib.

Bu yaxınlarda isə K.Böyükçöl yenidən statusların birində K.Zeynallıya “ilişib”.

İdmançı “Sherg.az”a açıqlamasında yazarın onun adı ilə gündəmə gəlmək istədiyini söyləyib. Həmçinin Kəramətə fikir verməyin düzgün olmadığını vurğulayıb.

Kəramət Böyükçöl isə Kamilin sözləri haqqında danışmağın maraqsız olduğunu deyib:

“Söyüş yazmışdı. Mən nə cavab verim ki ? Toliki yaxşı oğlan adlandıran, məni də təhqir etməliydi. Başqa nə fikir bildirə bilərəm? Hazırda  gərginəm. Bir müddətdir, hiss edirəm ki, çox  ictimailəşmişəm, sosiallaşmışam. İstəyirəm öz həyatım olsun. Ona görə belə şeylərdən uzaqlaşmaq fikrindəyəm. Çox danışmaq istəmirəm”.