NASA Marsın ilk 360 dərəcəlik görüntüsünü yayımlayıb - FOTO


NASA Marsın ilk panoramasını yayımlayıb.

Bundan başqa “Perseverance” roverindən Yerə 6000-dən artıq foto göndərilib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, ABŞ Kosmik agentliyinin aparatı “Qırmızı Planet”in səthinə ötən həftə eniş etsə də, çəkilən şəkillərin böyük ölçüsü onun Yerdən qəbul edilməsini bir qədər gecikdirib.

“Qırmızı planeti heç zaman belə görməmişdiniz”, - deyə NASA-dan bildirilib.

Şəkillər “Rover Down-Look Camera”nın köməyi ilə çəkilib.