Partlayış : Avtomobillərə zərər dəyib

Nijni Novqoroddakı metro stansiyalarından birinin girişinin qarşı tərəfində partlayış verib.
“Sherg.az” “Rambler. ru” ya istinadən xəbər verir ki, hadisə Meşerskiy bulvarındakı doqquzmərtəbəli bir binanın zirzəmisində olub. Fövqəladə Hallar Nazirliyi yayılan informasiyanı təsdiqləyib. 
Şahidlərin verdiyi məlumata görə, partlayış nəticəsində meydana çıxan şok dalğası binanın yanındakı avtomobillərə də zərər vurub.