"İsrail KİV nümayəndələri erməni vəhşiliyindən elə qorxunc şeylər danışıblar ki..."

“Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalı soyqırımını yaşamış insanlarla dəfələrlə görüşmüşəm”. 
“Sherg.az” xəbər verir ki, bu barədə “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut sosial şəbəkədə yazıb. 
Ekspert bildirib ki, dəhşətli fevral gecəsində Xocalıda baş verənlər sənədli videomateriallarla, şahidlərin, o tükürpərdici mənzərəni öz gözü ilə görmüş xarici jurnalistlərin və ekspertlərin ifadələri ilə təsdiqlənib: 

“İnanın ki, onlar ermənilərin qəddarlığı və vəhşiliyi haqqında elə qorxunc şeylər danışıblar, bunlar barədə yazmaq da, danışmaq da olduqca ağırdır.

Xocalının mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Bütün bu tarixi faktlar Xocalı soyqırımının dəhşətləri barədə atamla birlikdə yazdığım “Ağrı” bədii-sənədli romanında öz əksini tapıb”.