İlham Əliyev birgə Monitorinq Mərkəzinin əsas məqsədlərini AÇIQLADI


“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da noyabrın 10-da imzalanmış bəyanatda müəyyən mənada öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”. 

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdamda Mərzili kəndi yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi post-müharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən PUA-larından istifadə edərək münaqişə zonasındakı qarşıdurmaların olmamasını təmin etməkdir. Əgər olarsa, mərkəz kimin bunu törətdiyini təsbit etməlidir. Diversiya qrupu istisna olmaqla bu günə qədər hər hansı ciddi qarşıdurma olmayıb”.