İlham Əliyev: "Ermənistandakı tragikomediyaya son qoyulmalıdır”


“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş baş tutub. Sabah üçüncü dəfə Moskva şəhərində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıb, ya yox. Bu görüş təxirə salınsa da, anlaşılan olacaq. Bu, Ermənistanda baş verəcək hadisələrdən, siyasi mübarizənin nəticələrindən asılı olacaq. Bu, bizim planlarımıza təsir edə bilməz”. 

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı mən Rusiya Prezidenti Vladimir Putinin cavabına diqqətinizi yönəltmək istəyirəm. Ona sual verildi ki, “Ermənistan bu bəyanatın icrasından boyun qaçırsa, nə olacaq?” O da dedi ki, “bu, Ermənistan üçün sui-qəsd olacaq”. Mən də Putinlə tamamilə razıyam”.

Dövlət başçısı Ermənistanda baş verən siyasi gərginliklərin regiondakı sülhə təsirindən də danışıb:

“Ermənistanda böhran və onun sülhə təsiri bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılıdır. Bu hadisələrin tezliklə sonu olmalıdır. Bu tragikomediyaya son qoyulmalıdır”.