Dişlərin ağarması üçün 4 təbii üsul – Türkiyə mediası yazır 

Ağ bir təbəssüm hər kəs üçün faydalıdır, ancaq ağ dişlər yalnız gözəllik yox, həm də sağlamlıq üçün vacibdir. Sağlam dişlər və diş ətləri ümumi sağlamlığımıza da təsir göstərir. Çünki müntəzəm ağız təmizliyi ilə bir çox xəstəliyin qarşısını almaq mümkündür. Kimyəvi maddələr və lazerlə müalicə parlaq bir təbəssüm əldə etməyin yeganə yolu deyil.

“Sherg.az” “Cnnturk.com”a istinadən dişlərin ağarması üçün 4 təbii üsulu diqqətə çatdırır:

1.Soda

Soda sağlamlıqla maraqlanan hər kəsin evində olmalıdır. Bir həftə boyunca soda istifadə etməklə diş rənginizdə nəzərəçarpacaq bir dəyişiklik hiss ediləcək. Masadan geyimə qədər olan hər ləkəni təmizləmək üçün istifadə olunan soda dişlərdə də yaxşı iş görür.
Bir həftə boyunca fırçanıza diş məcunu sürtdükdən sonra onu sodaya batırın. Ön dişlərinizlə başlamaqda fayda var. Soda əvvəlcə asan görünən dişlərə nüfuz edəcək.

2. “Yağ çalxalamaq” metodu

Bu köhnə metod bir çox sağlamlıq problemi üçün istifadə olunur və ağız sağlamlığını yaxşılaşdırır. Ağızda yağı çalxalamaq həm dişləri ağardır, həm də diş ətlərini sağlamlaşdırır. Bu metodu səhər rutininizə əlavə etmək çox çətin deyil.

3.Çiyələk

Qırmızı rəngdə olmasına baxmayaraq çiyələk dişləri ağartma təsirinə malikdir. Çiyələkdə olan alma turşusu ləkələrin təbii şəkildə asanlıqla təmizlənməsinə kömək edir. Bu baxımdan çiyələk dişlərinizi ağartmaq üçün əyləncəli bir üsul ola bilər.

4. Yemək yedikdən sonra ağzınızı yaxalayın

Bu üsul tünd rəngli içkilər və rəngli qidalar qəbul edən insanlar üçün çox vacib ola bilər. Qəhvə və şərab kimi içkilərlə dişlərinizi ləkələmədən, ağzınızı su ilə yaxalamaq dişlərinizi ağartmağa şərait yarada bilərsiz.