Bakıda prospektdəki qəza tıxac yaratdı


Bakıda yol nəqliyyat hadisəsi baş verib. 

Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, hadisə paytaxtın Z.Bünyadov prospektində 20 yanvar dairəsi istiqamətində baş verib. 

Belə ki, Çermet körpüsündən aşağıda istiqamətdə baş vermiş yol-nəqliyyat hadisəsi Olimpiya stadionunun yanından başlayaraq həmin yerədək sıxlığın yaranmasına səbəb olur.