Dilavər Əzimlidən XƏBƏR VAR 

“Bir ara yaxşılaşma müşahidə olundu, amma sonra dayandı”

Koronavirusa yoluxan tarixçi-alim Dilavər Əzimli FHN-nin Zığdakı Modul tipli xəstəxanasında müalicə alır. Bir müddətdir ki, o, bu bədnam virusla mübarizə aparır.

D.Əzimlinin sağlıq durumu ilə bağlı “Sherg.az”a danışan həyat yoldaşı Arzu Qazıyeva tarixçinin hələ də EKMO(ECMO) aparatına qoşulu olduğunu söyləyib:

“Uzun müddət bu şəkildə yatacaq. Bir ara yaxşılaşma müşahidə olundu, amma sonra dayandı. Müalicəsi davam edir.

Ciyərin nə vaxt fəaliyyətə başlayacağını deyə bilmirlər. Bir az uzun prosesdir. Vəziyyəti ağır-stabil qiymətləndirilir”.