Çoxmərtəbəli binadakı yanğının SƏBƏBİ...  

Nijni- Novqorodun Meşerskiy bulvarındakı çoxmərtəbəli binadakı yanğının səbəbi məlum olub.

“Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir ki, səbəb kimi qaz sızması göstərilir. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda araşdırma aparırlar.  

Vilayətin qubernatoru Gleb Nikitin bu barədə jurnalistlərə açıqlama verib.

"Hadisənin səbəblərinə gəlincə, prioritet versiya qaz paylama sistemindəki qaz sızmasıdır. Bu, ilkin ehtimaldır. Hüquq-mühafizə orqanlarından və İstintaq Komitəsindən olan həmkarlar araşdırmanı davam etdirirlər. Nəticədən asılı olaraq son prosessual qərar veriləcək”. – deyə, o, bildirib.