Muslera “Galatasaray”la yollarını ayırır

“Galatasaray”dan yeni xəbərlər var. Bu axşam “Türk Telekom Arenada” “Büyükşehir Belediye Erzurumspor”u qonaq edəcək sarı-qırmızıların komandasında  transferlər başlayıb.
“Sherg.az” xəbər verir ki, ilk görüşmə Fernando Muslera ilə olub. Onun bu sezon sonunda müqaviləsinin müddəti bitəcək. Uzun zaman sağlıq problemlərindən sonra müdhiş geri dönüş edən qapıçı Musleranın meneceri rəhbərlikə görüşüb. Pandemiya dönəmində endirim edən Muslera ilə yeni sözləşmədə ortaq yol tapılmayıb.
 Qeyd edək ki, 34 yaşlı qapıçı 2011-dən bəri “Galatasaray”da forma geyinir.