Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında qeyd olunub.

Məlumata görə, fevralın 26-da 23 939 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.