20 ilginc BİLGİ - Hər kəs təəccüblənir

“Sherg.az” Türkiyə mediasına istinadən çox təəccüblənəcəyiniz 20 ilginc bilgini təqdim edir.

 1. Su samurları əl-ələ tutuşaraq yatırlar.

2. Leonardo Da Vinci eyni anda bir əli ilə yazı yazıb, digəri ilə rəsim çəkə bilirdi.

3. Təqlidçi Ahtapot rəng dəyişdirməklə yanaşı, eyni anda özünü dil balığı, aslan balığı və dəniz ilanı kimi heyvanlara bənzədə bilir.

4. Dünyada yaşayan bütün insanlardakı atomların boşluqları çıxarılsa, bütün dünya bir almaya sığışa bilər.

5. 1960-cı illərdə CİA, Rus konsulluqlarında cəsusluq üçün, “Akustik kedicik” adını verdiyi proqramında, cərrahi əməliyyatla pişiklərin içinə mikrofon və anten yerləşdirərək onları dinləmə cihazına çevirdi.

6. Dünyanın ən zəngin ailəsi, ən kasıb 48 ölkənin toplam sərvətindən daha varlıdır.

7. Dünyanın ən uzun müddətli maşın tıxacı 12 gün çəkib. 100 km-lik növbə yaranıb və maşınlar gündə 1 km iləriləyə biliblər.

8. Everest dağında 200-dən çox alpinist cəsədi var.

9. “Pulp Fiction” filmində bütün saatlar 04.20-ni göstərir.

10.Bir erkək aslan hakimiyyəti ələ keçirəndə bütün körpə aslanları infaz edir.

11.Dünyadakı insanların üçdə ikisi heç qar görməyib..

12.Nəsli tükənən “Yünlü mamut” adlanan mamontlar Misir piramidaları inşa edilərkən yaşayırdılar.

13. Ortalama bir insan ömrü boyunca dünyanın ətrafında fırlanacaq qədər yeriyir.

14. Bir meduzanın 95 faizi sudan ibarətdir.

15. Şarl Osborn adlı bir adam 69 il hıçqırıb.

16. “Skruc MakDak” adlı çizgi filmində “külot” geyinmədiyi üçün yayımlanmasına Finlandiyada qadağa qoyulub.

17.Çox sərt asqırsanız, qabırqa sümüklərinizdən biri qırıla bilər

18. İnsanlar gecələr sabaha nisbətən 1 sm qısa olurlar.

19. İnəklərin ən yaxın dostları vardır və onlardan uzaqlaşanda stress yaşayırlar.

20. Qarda gizlənməyə çalışan bir ağ ayı qara burnunu pəncəsi ilə örtür.