Abşeronda yeniyetmə qız 3-cü mərtəbədən yerə yıxılıb

Abşeron rayonunda xəsarətlə nəticələnən hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Hüseynova Zeynəb Bahəddin qızı ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsində yerə yıxılıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək xəsarət travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.