İrana görə Baydeni hədəfə aldı: "Fəlakət olacaq"


ABŞ-ın keçmiş Dövlət Katibi Mayk Pompeo yeni prezident Co Baydeni və onun Administrasiyasını sərt tənqid edib.

"Sherg.az" Türkiyənin "Milliyet.com.tr" saytına istinadla bildirir ki, Pompeo Baydenin yenidən İranla nüvə anlaşmasına qayıtmasını pisləyib:



"Bayden hökuməti Tehranı məmnun etmək üçün istənilən güzəştə hazır görünür. Bu addım sadəcə ABŞ üçün deyil, bölgə üçün fəlakət deməkdir".

Xatırladaq ki, sabiq prezident Donald Trampın CPAC 2021-də iştirak edərək vəzifəsi bitdikdən sonra ilk dəfə ətraflı çıxış edəcəyi deyilir.