Tovuzda ev yanıb, bir nəfər xəsarət alıb


Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının  verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;