Yunanıstanda xalq kasıbçılıqdan "Osmanlı xəzinəsi" axtarışına başlayıb

 İqtisadi böhranın astanasında olan Yunanıstanda xalq ümidini indi də  Osmanlı xəzinələrinə bağlayıb. Ölkədə son iki ildə 2 min 440 ədəd axtarış - arama cihazı satılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Afina hökuməti eyni zamanda xəzinə axtarışına 126  sənəd verdiyi ifadə edilir. Kiato şəhəri sakinləri isə, 1800-cü il tarixli Osmanlı sənədlərinə istinad edərək bölgədə Osmanlı İmperatorluğuna aid 500 milyon dollar dəyərində "xəzinə var" söz-söhbətinə inanır.



Türkiyəyə qarşı silahlanmağa milyardlar ayıran Yunanıstanda iqtisadi çətinliklər yaşayan xalq ümidini Osmanlı və keçmiş mədəniyyətlərə aid xəzinələrə bağlayıb. İqtisadi böhran ölkədə "xəzinə var" söz-söhbətlərinə, xüsusilə də Osmanlı İmperatorluğu əsərləri üzərinə gəlir.

Osmanlı İmperatorluğu və keçmiş mədəniyyətlərdən qalma qızıl xəzinələri tapıb varlanmaq xəyalı quran yunanlılar əllərindəki müxtəlif xəritələrlə xəzinələrin axtarışına başlayıb.

Turan