Bekhem Messi və Ronaldonu klubuna gətirmək istəyir

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu, "İnter Mayami"nin sahibi Devid Bekhem Kriştiano Ronaldo və Lionel Messini öz klubuna gətirmək istəyir.

Qol.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya danışıb. Bekhem deyib:

"İnter Mayami" azarkeşlərinin klubda böyük oyunçular görmək istədiyini bilirəm. Onsuz da komandamızda Qonzalo İquain və Bleys Matuidi kimi ulduz oyunçularımız var. Amama gələcəkdə dünya ulduzlarını da dəvət etmək istəyirik. Məsələn, Messi və Ronaldodan da bəhs olunur. Onlar son 15 ilin ən yaxşılarıdır. Bizim də ın yaxşısına ehtiyacımız var. "İnter Mayami" cazibə gücünə malikdir və biz məhz bu cür oyunçuları cəlb etmək istəyirik".