Cerrard "Liverpul"a baş məşqçi gətirilə bilər bilər

İngiltərənin "Liverpul" klubu tezliklə Almaniya yığmasına baş məşqçi təyin olunacağı bildirilən Yurgen Kloppa əvəz axtarır.

"Report"un "Mirror"a istinadən məlumatına görə, almaniyalı mütəxəssisin yerinə Şotlandiya "Reyncers"indən Stiven Cerrard gətirilə bilər. Böyük ehtimalla, Klopp yığmanın təklifini qəbul edəcək və "Liverpul"dan ayrılacaq. "Qırmızılar" Premyer Liqada 25 turdan sonra 6-cı yerdə gedir.

Qeyd edək ki, Stiven Cerrard "Liverpul"da 1998 - 2015-ci illərdə forma geyinib. Onun 2018-ci ildən rəhbərlik etdiyi "Reyncers" bu mövsüm Avropa Liqasının 1/8 finalına yüksəlib və Şotlandiya çempionatında liderdir.