Ayağına ülgüc bağlanan xoruz sahibini öldürdü

Hindistanda döyüş xoruzu sahibini yaralayaraq ölümünə səbəb olub. Ayağına ülgüc bağlanan quş qaçmağa çalışan zaman sahibini qasığından yaralayıb.

Polis səlahiyyətlisi B. Jeevan, Telangana əyalətinin Lothunur kəndində qeyri-qanuni xoruz dövüşü əsnasında ayağına ülgüc bağlanmış xoruzun qaçarkən sahibini yaraladığını söyləyib.

Sherg.az xarici media istinadən xbər verir ki, ülgüclə qasığından yaralanan 45 yaşlı xoruz sahibi xəstəxanaya aparlarkən qan itkisindən həyatını itirdiyibildirilir.

İstintaq başlayıb, hadisə ilə əlaqədar çoxlu sayda adam axtarılır.

Hindistanda bütün qadağalara baxmayaraq xoruz dövüşü cənub əyalətləri Telangana, Andhra Pradeş, Tamil Nadu və Karnatakda davam etdirilir.

Turan