Bir evdən 3 cəsəd çıxdı: Anasını və bir yaxınını öldürüb intihar etdi

 İstanbulun Silivr rayonunda bir nəfər anasını və bir yaxınını silahla atəş açaraq öldürdükdən sonra intihar edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə, gecə 01.30 radələrində 2 mərtəbəli evdə yaşanıb. Murad Berk (33) naməlum səbəbdən anası Gülsüm Berk və yaxını olduğu ifadə edilən Gülər Kayanı silahla atəş açaraq öldürdükdən sonra intihar edib.

Hadisə yerinə jandarma və sağlamlıq qrupları çağırılıb. Məlum olub ki, evdə 3 nəfər həyatını itirib.

Növbətçi prokurorun hadisə yerində araşdırmasının ardından 3 nəfərin cənazəsi İstanbul Ədli Tibb Təşkilatına aparılıb. Hadisə ilə əlaqədar istintaqa başlanılıb.

Turan