5,4 bal gücündə zəlzələ olub

ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Adak yaşayış məntəqəsindən 176 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.