Dünyanı qorxudan görüntü: 1,270 kvadrat kilometrlik böyük bir buz parçası qopma nöqtəsindədir - FOTOLAR

 Antarktikadan dünyanı qorxudan bir görüntü gəldi. İngiltərənin Antarktikadakı araşdırma mərkəzi xəbər verir ki, Brunt buz sahəsindəki 1,270 kvadrat kilometrlik böyük bir  buz parçasının çat verərək qopma nöqtəsinə gəlib.

Mütəxəssislər dərin yarıqlardan ibarət olan çatları göstərib.



Prof. Dama Jane Francis mövzuyla əlaqədar bunları söyləyib: "Önümüzdəki həftələrdə və ya aylarda buzlaq uzaqlaşa bilər, quruya otura bilər. GPS cihazlarımız, stansiyamızın ətrafındakı buzlaqlarda dəyişikliklər olsa bizi erkən xəbərdar edəcək."


 
Əməliyyat direktoru Simon Garrod da, "Bu çox təhlükəli bir vəziyyətdir. İndi vəzifəmiz vəziyyəti diqqətlə izləmək və buzlağın parçalanmasını qiymətləndirməkdir" deyə bildirib.

Turan