Ata qızını oğlunun müalicəsi üçün satdı 

12 yaşlı qız bazarda alverçi kişiyə satılıb. Valideynləri bu addımı digər övladı – 17 yaşlı oğlunu müalicə və əməliyyat etmək üçün atıblar.

Sherg.az "Medicina.az"-a istinadən  xəbər verir ki, hadisə Hindistanda baş verib. 12 yaşlı qız 46 yaşlı kişiyə 10 min rupiyə satılıb. Kişi qızı evlənmək məqsədilə alıb. Əvvəllər o evli olub.

Kişinin qonşuları evdən qışqırıq və uşaq ağlaması səsləri eşidib, polisə xəbər veriblər. Polis hadisəni araşdırıb.
Qız evlərinə qaytarılıb, ata və uşağı alan kişi istintaqa cəlb edilib.