Türkiyə Super Liqasında XXVII tura yekun vurulub.
Turun qapanış matçı mərkəzi oyunla yadda qalıb.
Çempionluğa iddia edən və turnir cədvəlində qonşu olan “Fənərbaxça” ilə “Trabzonspor” ikincilərin meydanında üz-üzə gəlib.
Son 11 oyunda məğlubiyyət üzü görməyən (10 qələbə, 1 heç-heçə) və ardıcıl 8 görüş idi qələbələri sıralayan “bordo-mavililər”in seriyası Trabzonda qırılıb.
Bundan əvvəlki dörd matçın üçündə uduzan “Fənərbaxça” çətin səfərdən üç xalla dönməyə müvəffəq olub. Komandaya qələbə qazandıran yeganə qola 76-cı dəqiqədə Dimitrios Pelkas imza atıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 54-ə çatdıran “Fənərbaxça” “Beşiktaş”la birlikdə 2-3-cü yerləri bölüşdürür. “Trabzonspor” isə 48 xalla 4-cüdür.
Super Liqaya 57 xalla “Qalatasaray” liderlik edir.