Hakim məhkəmə iclası zamanı zalda yatdı


Ukraynada məhkəmədə baş vermiş hadisə maraqla qarşılanıb.

Bununla bağlı "Haber Global" xəbər yayıb. 

Belə ki, apellyasiya məhkəməsində iclas zamanı 22 illik hakim Aleksandr Evstafiyevi yuxu tutub.

İclasda olanlar onun bu vəziyyətini videoya çəkiblər və hakim haqqında şikayət ərizəsi yazıblar.

Ərizədən sonra hakim haqqında intizam tədbiri görülüb.