72 yaşlı kişi məşuqəsi tərəfindən qarət edildi


72 yaşlı Moskva sakini ailə üzvlərinin səfərdə olmasından istifadə edərək əylənmək qərarına gəlib.

REN TV xəbər verir ki, yaşadığı mənzilə məşuqəsini dəvət kişi onun evi tərk etməsindən sonra xəbər tutub ki, ailənin 1,5 milyon rubl (34 min manat) dəyərində müxtəlif zinət əşyaları yoxa çıxıb.

Hüquq mühafizə orqanlarına müraciət edən yaşlı kişi izahatında evinə məşuqəsini çağırdığını etiraf etmək məcburiyyətində qalıb.

Polislərin axtarışları öz nəticəsini verib.

Bir neçə saatdan sonra saxlanılan qadın dəvətini qəbul etdiyi kişinin evindən oğurluq etdiyini boynuna alıb.