Ermənistanda parlament seçkiləri və referendum keçirilə bilər


Axşam saatlarında Yerevanda keçirilən mitinqdə öz tərəfdarları qarşısında çıxış edən Baş nazir Nikol Paşinyan bir sıra maraqlı bəyanatlar verib.

“RİA Novosti”nın məlumatına görə, o, Ermənistanda yarıprezident üsul idarəsinə keçidin mümkünlüyü barədə danışıb.

Bu məqsədlə Baş nazir ölkədə referendumun keçirilməsini də istisna etməyib.

Həmçinin N.Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalına da toxunaraq, prosesə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu axşam Yerevanın mərkəzində Baş nazir tərəfdarlarının mitinqi baş tutub. Mitinq N.Paşinyanın başçılığı altında küçə yürüşü ilə yekunlaşıb.