Bu şəhərə qırmızı qar yağdı

Moskva camaatı paytaxtın şimal inzibati bölgəsindəki unikal hadisəyə təəccübləniblər.
Belə ki, əraziyə qırmızı qar yağıb. “Sherg.az”ın məlumatına görə bu barədə “Rambler.ru” xəbər verib.
Şəhər sakinlərinin Leninqrad prospektindəki bir evin yaxınlığında parlaq rənglərin yağışını müşahidə etdikləri bildirilir.

Sosial şəbəkələrdə yayılan fotolar geniş müzakirə olunub. Bəzilərinin fikrincə, qar qırmızı damın rəngi ilə qarışıb.