Mövlud Çavuşoğlu Anar Kərimovla görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşüb.
APA-nın məlumatına görə, M.Çavuşoğlu bu barədə “Facebook”da paylaşım edib.
XİN başçısı Qarabağdakı Azərbaycanın mədəni mirasının bərpası üçün hər cür dəstək verəcəklərini qeyd edib: “UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasının arxasındayıq”.