Qızılın qiyməti doqquzaylıq minimuma enib

Bu gün Azərbaycanda qızılın qiyməti 1,9% azalaraq bir unsiyaya görə 2 915,6615 manat təşkil edib ki, bu da son doqquz ayda qeydə alınmış ən aşağı göstəricidir.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə qızılın bundan aşağı dəyəri 2020-ci ilin 9 iyun tarixində qeydə alınıb (2 885,886 manat). Sözügedən qiymətli metalın dəyəri 23 fevral tarixindən bəri artıq ardıcıl beş iş günü enir və həmin tarixdən etibarən 5,4% azalıb.

Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) qızılın bir unsiyası 1 719,10 ABŞ dollarına (2 922,17 manat) ticarət olunur.