Millimiz Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək


Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb. 

Bununla bağlı AFFA məlumat yayıb.

Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.