Azərbaycanda virusa yoluxanların sayı kəskin artdı - FOTO


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3225 nəfər vəfat edib, aktiv xəstə sayı 2807 nəfərdir.
Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2 610 880 test aparılıb.