Şəfa deposu: Ac qarına qoz suyu içməyin möcüzəvi faydaları...

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz və çox sevilən qidalardan biri də qozdur. Qoz suyunun tərkibində bədənimiz üçün lazım olan C, E, K, A və B12 vitaminlər var. Eyni zamanda qoz suyunun tərkibində kalsium, maqnezium, fosfor, kalium, sink kimi çoxlu mineral da mövcuddur. Bu vitaminlər və minerallar xolesterolu azaldır, qəbizliyi aradan qaldırır və arıqlamağı dəstəkləyir.
“Sherg.az” “Sabah.com”a istinadən ac qarına qoz suyu içməyin faydalarını diqqətə çatdırır:

Qoz suyu düzənsiz və ağrılı mensturasiya dövrü olan qadınlara bu dövrü daha rahat keçirməyə imkan verir. Süd verən və ya hamilə qadınlara da qoz suyu tövsiyə edilir.

Hamiləlik zamanı artıq çəki artımının qarşısını alır. Süd verən analarda qoz suyundakı vitaminlər körpəyə süd yolu ilə keçir. Bu zaman körpə lazım olan vitaminlər qəbul edir.

Qoz suyu həmçinin tərkibindəki vitaminlərlə beyindəki funksiyaları gücləndirir. Tərkibindəki protein ekstraktları ilə bədənin yağ yanmasını sürətləndirir və bununla da istənilməyən bölgələrdə yağ yığılmasını əngəlləyir. Arıqlamağa çalışanların hər gün acqarına bir stəkan qoz suyu içmələri tövsiyə olunur, çünki bu da maddələr mübadiləsini sürətləndirir.

Qoz suyu, yuxu problemi olanlar üçün də vacib bir içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu daha keyfiyyətli yuxuya getməyinizə kömək edir. Yorğunluq, gərginlik və zəiflik kimi problemləri azaldır. Qan şəkərini tarazlayır və qan axınını sürətləndirir. Beləliklə, özünüzü daha enerjili və güclü hiss edəcəksiniz.