Nazir: “Azərbaycanda ilin iki ayının yekunları ürəkaçandır” 

“Biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
Nazir bildirib ki, ilin iki ayının yekunları ürəkaçandır:
“İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 faiz icra olunub. Qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib”.